Şrift:
Milli fəal Yaşar Darüşşəfa zaminə buraxılıb
03.01.2020 [13:49] - Güney Azərbaycan xəbərləri
Uzun müddətdir molla rejimi tərəfindən tutuqlu saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Yaşar Darüşşəfa Tehranın Evin zindanından mülki vəsiqə qarşılığında zaminə buraxılıb. Milli fəalın 2020-ci il dekabrın 1-dən sonra 41 gün tutuqlu saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxıldığı bildirilir.
Qeyd edək ki, Yaşar Darüşşəfa noyabr 21-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən Tehranda tutuqlanaraq ölkənin ən dəhşətli cəzaevlərindən biri olan Evin zindanının ETTELAAT Nazirliyinin nəzarətindəki 209-cu bölməsinə köçürülmüşdü.
Əslən Güney Azərbaycanın Qəzvin şəhəri sakini olan milli və öyrənci ictimai rifah ixtisası üzrə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantıdır.
Yaşarın Darüşşəfanın qardaşı Kavə Darüşşəfa da noyabrın 25-də Tehranda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. O hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed