Şrift:
Tehran mollaları almanlarla duz alverinə girişiblər
03.01.2020 [13:56] - Güney Azərbaycan xəbərləri
İrqçi mollakratiya rejimi Güney Azərbaycanın və eləcə də dünya təbiətinin ən nadir göllərindən bir syılan Urmu Gölünün ətrafından məqsədli şəkildə ekoloji problemlər yaratdıqdan sonra, indi də bu gölün duzu yataqlarını istismar edərək Almaniyaya yüksək qiymətə ixrac etməyə başlayıbdır. Urmu gölünü məqsədli şəkildə qurudan molla rejimi bu dəfə Güney Azərbaycanın ən zəngin təbii sərvətlərindən biri sayılan duz yataqlarını alman işbazları ilə birlikdə istismara başlayıbdır.Artıq rejim və onun işbazları Uqmu gölünün duzundan gəlir əldə edir, Azərbaycan türk milləti isə onun zərərləri və xəsarətinə dözməyə məcburdur. Belə ki, Güney Azərbaycanda gölün qurudulmasından yaşanan ekoloji fəlakətdən əlavə daşınan duzun ətraf ərazilərə tökülməsi nəticəsində əkin əraziləri, tarlalar, ormanlar tamamilə məhv edilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed