Şrift:
Qadın voleybolçularımız lisenziya xarakterli təsnifat turnirinə Polşada hazırlaşır
05.01.2020 [22:29] - İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri üçün hazırlığın sonuncu mərhələsinə start verib. Türkiyə toplanışını başa vuran yığmamız axırıncı məşqlər üçün Polşaya yollanıb.
Vasif Talıbovun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində yoxlama matçı da keçirəcək. Voleybolçularımız Niderlandda baş tutacaq təsnifat turnirində rəqiblərindən olan Polşa ilə üz-üzə gələcəklər. Yığmaların bir neçə sınaq oyunu keçirməsi planlaşdırılır. Qeyd edək ki, Apeldorn şəhərində baş tutacaq təsnifat turniri yanvarın 7-12-də keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed