Şrift:
“Real” qalib gəlib, “Barselona” autsayderlə bacarmayıb
05.01.2020 [22:32] - İdman
İspaniya La Liqasında XIX tur davam edir. İkinci oyun günündə 4 matç keçirilib.
“Valensiya” evdə “Eybar”ı bir qolla məğlub edib. Madrid təmsilçiləri də turu üç xalla tamamlayıblar. “Real” səfərdə “Xetafe”ni darmadağın edib. “Atletiko” öz meydanında “Levante”dən güclü olub. Günə Barselona derbisi ilə yekun vurulub. Çempionatın lideri “Barselona” autsayder “Espanyol”la görüşdə xal itirib. Qeyd edək ki, tura yanvarın 5-də yekun vurulacaq.

İspaniya La Liqası
XIX tur
4 yanvar
“Valensiya” – “Eybar” – 1:0
Qomes, 27
“Xetafe” – “Real” – 0:3
Soria, 34 (avtoqol), Varan, 53, Modriç, 90
“Atletiko” – “Levante” – 2:1
Korrea, 13, Felipe, 18 – Marti, 16
“Espanyol” – “Barselona” – 2:2
Lopes, 23, Ley, 88 – Suares, 50, Vidal, 59

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed