Şrift:
Bakı şəhər sakinindən iki kiloqrama yaxın heroin götürülüb
06.01.2020 [18:38] - Hadisə
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed