Şrift:
Stadionun terrorbaşı “Qasim Süleymani” adlandırılması xalqı ayağa qaldırdı
06.01.2020 [19:02] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizdə “Maşınsazi” takımının ev görüşlərinin keçirildiyi stadionun adının dəyişdirilməsi sosial şəbəkələrdə etirazlara səbəb olub.
“Bonyan dizel” stadionunun adı “Traxtur” və “Maşınsazi” futbol takımlarının sahibi Məhəmmədrza Zenuzinin əmri ilə dəyişdirilib.
“Bonyan dizel” stadionunda Təbrizin “Maşınsazi” takımının ev görüşləri keçşirilir. Bu stadionda bəzən “Traxtur” komandasının oyunçuları da məşq keçirir.
Güney Azərbaycan Futbol Heyətinin ictimai əlaqələr şöbəsinin yaydığı açıqlamaya görə, stadionun qapısında yazılan lövhə və aidiyyatı sənədlər qısa zamanda dəyişdiriləcək. “Bonyan dizel” stadionunun adının bir terrorbaşının adı ilə dəyişdirilməsi sosial şəbəkələrdə çox sayda soydaşımızın kəskin etirazına səbəb olub, “Traxtur” və “Maşınsazi” takımlarının tərəfdarları klub sahibinin verdiyi qərarla razılaşmır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed