Şrift:
Ərdəbildə tutuqlananların sayı ölkə üzrə orta hesabdan çoxdur
06.01.2020 [19:07] - Güney Azərbaycan xəbərləri
“Ərdəbil əyalətində ağır ittihamlara görə həbs olunan məhbusların sayı ölkə üzrə orta hesabdan çoxdur. Bu istiqamətdə yeni tədbirlər görülməlidir.” Bu sözləri Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati əyalət şəhərlərinin prokurorları ilə keçirdiyi iclasda deyib.
“Məhkəmə Sisteminin rəisi həllini gözləyən işlərə baxılması və ağır ittihamlara görə həbs olunan məhbusların sayının azaldılması barədə tapşırıq verib. Verilən tapşırıq ən qısa zamanda yerinə yetiriləcək.”- deyə o qeyd edib.
Nasir Ətəbati məhkəmə orqanlarını ağır cinayətlər, xüsusi ilə də maliyyə məsələləri ilə bağlı həbs olunan məhbusların sayını azaltmağa çağırıb. O, eyni nzamanda bildirib ki, məhbusların sayını azaltmaq üçün həbs hökmünü əvəz edən cəzalardan istifadə olunmalıdır.
Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində həbsxanalar məhbuslarla doludur. Hətta əksər cəzaçəkmə müəssisələrində tutumundan bir neçə dəfə çox məhbus saxlanılır. Məhbusların əksəriyyətinin ittihamları maliyyə məsələlərindən qaynaqlanır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed