Şrift:
Haldun Solmaztürk: ”Bakının azad olunması strateji cəhətdən çox şeyi dəyişdi”
15.09.2012 [16:29] - Gündəm, Müsahibə
Haldun Solmaztürk
Bakının azad olunması strateji cəhətdən də Türk dünyasının böyük qələbəsi idi.
Bu sözləri Gün.Az-a Türkiyə ordusunun istefada olan gerenal-leytenantı, tanınmış siyasi-hərbi analitik Haldun Solmaztürk 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasını şərh edərkən bildirib.
“O zaman proseslər bolşevik-daşnak birliyinin xeyrinə dəyişirdi. Nəzarətlərində minlərlə silahlı qüvvələr var idi. Üstəlik, Ermənilər Bakıda qətliamlar törətmişdilər və yerdə qalan insanlar isə başqa yerlərə qaçmağa məcbur olmuşdular. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin erməniləri Bakıdan vurub çıxartmaq üçün, istənilən səviyyədə ordusu da yox idi.
Hesab edirəm ki, Bakının taleyi həll olunmasa idi, indi Azərbaycan adlı ölkəni xəritədə görmək mümkün deyildi. Həmçinin, Osmanlının daxilində və dünyada vəziyyəti getdikcə pisləşirdi. Ancaq, buna baxmayaraq, Qafqaz İslam Ordusunun gərgin döyüşlərindən sonra Bakı azad olunaraq, Azərbaycan Xalq Cümhuriyyətinin ixtiyarına verildi. Bakının azad olunması strateji cəhətdən çox şeyi dəyişdi” - deyə, istefada olan general qeyd edib.

Elnur Eltürk
Gün.AZ
Bu xəbər oxucular tərəfindən 1238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed