Şrift:
CV göndər, yaxud işsizliyin sirri...
06.01.2020 [21:35] - Köşə yazarları
2020-ci ilin ilk günləridir, ilin əvvəlidir. Köhnə illərdən etibarən yeni iş yerləri yaradılır, vakansiyalar olur, amma hələ də işsizliklə baş-başa qalanlar var, iş yerində ştatdankənar, əvəzçiliklə işləyənlər var. İdarə və müəssisələrdə, dövlət və özəl strukturlarda islahatlar aparılır və bir də görürük ki , neçə nəfər kadr ixtisar olunub. Başqa yerdə iş tapmaq da müşkül məsələdir, heç də rahatlıqla, asanlıqla iş tapmaq olmur , iş deyəndə ki böyük məmur kürsüləri, məsul vəzifələr yox , aldığı təhsilə, ixtisasa , iş fəaliyyətinə , qabiliyyətinə uyğun yüngülvari işdən söhbət gedir . Dövlət qulluqçuları var hansı ki neçə aydır iş yerindəki ixtisara görə hələ də özünə iş tapa bilməyib, müəllim imtahandan uğurla keçsə də , vakansiya ucbatından kənarda qalıb, hələ mən digər ixtisas və peşə sahiblərini demirəm - onlar da işsizlik ucbatından harda gəldi necə gəldi bir başqa iş görməyə məcburdurlar yetər ki beş-üç manat qazancları olsun.
Əslində bir çox işlərin də çarəsi işdir, hər hansı bir işdə çalışmaq insanı bir sıra çətinliklərdən , maddi qayğılardan nisbətən uzaqlaşdırır, ələbaxan olmursan, nə vaxtdansa qalan qiymətli əşyaları satıb onunla dolanmağa üstünlük vermirsən. Xəstəliklər, ağır sınaqlar həm də işlər yaxşı getdiyində öz-özünə ixtisara düşür . Qapı-qapı gəzməkdən, işindən ötrü kimlərəsə zəng etməkdən təngə gələndə insanın mənəvi ruhu ölməyə hazırlaşır sanki. Hər dəfə də -“CV göndər , mütləq baxılacaq “- sözlərini eşitdikcə, bir az ümidlənirsən. Hərdən bu CV-lərlə bağlı ümid də hardasa qırılır, belə olduqda adam elə ölüyə bərabərdir - eşitmir, danışmır, nə düşünə bilir , nə də ki cavab verə bilir. İndi zaman dəyişib, hamısı da adamların ucbatındandı, zamanında o qədər dəyişdirmişik və dəyişmişik ki , artıq adamlar yox zaman adamlara görə dəyişir, adamına görə işləyir . Həm işləyən, həm də işləməyən bəzi zəmanə adamlarının da canı sağ olsun, aradabir hərdən işsizlərin də heyfini çıxa bilir , onlara tərəf boylana bilir, belə olduqda , kimsə də hardasa özünə uyğun iş tapa bilir . Ətrafımda elə işsizlər var ki , iki, üç ildir iş axtarırlar, böyük-böyük işlərdən yox kiçik işlərdən danışırlar. CV-lərdə hər şey əladır, qaydasındadır , di gəl ki çağırıb dindirən, qabiliyyətini yoxlamaq üçün sınaq müddətinə cəlb ediləni çox az sayda olur . Elə bil ki əməkhaqqı qalxdıqca , bəziləri maaş da vermək istəmir, vakansiya olmaması səbəbindən gözləyənlərin bir neçəsi artıq xəstəliklərə düçar olduğundan müalicə alır. Gözləmək pis şeydir elə axtarmaq da - əlin hara ilişdisə, gərək ordan bərk yapışasan lap itələyib qovmaq istəyənlər olanda da cəld tərpənib təpikləyib sən onları qovasan . İndi zaman belədir, bilmirəm ağdır , qaradır ya başqa rəngdədir - onu bilirəm ki hər zamanda gərək üzü bərk tutasan . Elə edəsən ki sonra hərdən nəticəsi bəlli olmayan ya da heç olmayan bu sözləri təkrar-təkrar eşitməyəsən –“ CV göndər.... imtahanda iştirak et...sınaq olacaq.... müsahibə olacaq .... “
Bu işsizlik elə bil sirr olub. Necə etmək lazımdır ki, işlər uğurlu və avand olsun . Bu sirdən baş açanlardan işsizlərə kömək arzulayıram .

Aliyə Əsədova
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed