Şrift:
Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək
08.01.2020 [09:11] - Mədəniyyət
Türkiyənin paytaxtı Ankara şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə yekun tədbir keçiriləcək. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunur.
Mərasim çərçivəsində “Nəsimi” bədii filmi nümayiş olunacaq, Həsən Seyidbəylinin kino yaradıcılığını əks etdirən fotosərgi açılacaq və iştirakçılara TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabı təqdim ediləcək. Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed