Şrift:
La Liqanın ilk dövrəsinin rəmzi “11-liyi” açıqlanıb
08.01.2020 [09:23] - İdman
İspaniyanın “Marca” nəşri La Liqanın ilk dövrəsinin rəmzi “11-liyi”ni açıqlayıb.
İlk “11-lik”də 7 fərqli klubun oyunçusu yer alıb. Rəmzi heyətdə qapıçı Yan Oblak (“Atletiko Madrid”), müdafiəçilər Xesus Navas, Dieqo Karlos (hər ikisi “Sevilya”), Jerar Pike (“Barselona”), Xose Qaya (“Valensiya”), yarımmüdafiəçilər Martin Edeqor (“Real Sosyedad”), Federiko Valverde (“Real Madrid”), Santi Kazorla (“Vilyarreal”), hücumçular isə Lionel Messi, Luiz Suares (“Barselona”) və Kərim Benzema (“Real Madrid”) yer alıblar. Qeyd edək ki, La Liqanın ilk yarısından sonra “Barselona” klubu 40 xalla çempionata liderlik edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed