Şrift:
Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub
08.01.2020 [09:26] - İdman
Respublika Olimpiya Mərkəzində keçirilən 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak ediblər. Yarışda 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.
Yarışın ikinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Kəsgin Abbaszadə qalib adını qazanıb. Qızların yarışında isə uzunluğa tullanmada Aysel Mehrəliyeva birinci yerə layiq görülüb. Oğlanlar arasında qaçış yarışlarında Teymur Salahzadə (200 m) və Mahmud Mehdiyev (800 m) birinci olublar. Qızların mübarizəsində isə Tutuxanım İsrafilova (200 m) və İradə Əliyeva (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed