Şrift:
Bank kartlarından pul çıxararaq oğurluq edən şəxslər müəyyənləşdirilib
08.01.2020 [09:36] - Hadisə
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda üç avtomobildən pul, açar və iki mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynzadə yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Y.Həsənovun ətrafında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 11-də İ.Kərimovanın və X.Kazımovanın bank kartlarından istifadə etməklə hər birinin 330 manat pulunu çıxararaq oğurlaması da müəyyənləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed