Şrift:
Hamilə və aztəminatlı ailələrə bu dərman pulsuz veriləcək
08.01.2020 [11:31] - Xəbərlər
Gürcüstanda hamilə qadınlara və aztəminatlı ailələrə göstərdikləri sağlamlıq sənədi (Forma 100) əsasında qrip virusu əleyhinə istifadə edilən "Tamiflu" dərmanı ödənişsiz olaraq veriləcək. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, dərmanı pulsuz əldə etmək üçün həkimdən sağlamlıq haqqında resept və xəstənin şəxsiyyət vəsiqəsini təsdiq etməsi mütləqdir.
Nazirlik bildirib ki, son dövrlərdə qrip virusunun riski artıb: "Xüsusi olaraq hamilə qadınların virusa yoluxma ehtimalı yüksəkdir həmçinin qrip virusu onlara daha ciddi şəkildə təsir edə bilər. Beləliklə onlar göstərdikləri sağlamlıq sənədi qarşılığında Tamiflu dərmanını pulsuz ala biləcəklər".
Məlumata əsasən, mövsüm ərzində 35 minə qədər vətəndaş qrip əleyhinə peyvənd etdirib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed