Şrift:
Qasım Süleymanı savaşı... O, biz Türklər üçün kimdir?
08.01.2020 [20:17] - Köşə yazarları
40 ildir İran adlı ölkəni ifrat fars-panirançı düşüncə düzəni ilə yönlədən molla rejiminin qoluzorlusu general Qasım Süleymani öldürüləndən bəri iki ayrı görüş var. Biri onu qəhrəman, başqa biri də düşmən adlandırır. Burası doğaldır. Yaxınları qəhrəmana qarşı olanları düşmən olaraq görürlər.
Gerçəkdən Süleymani kimidir?
Qasım Süleymani gerçəkdən impralizmə qarşı savaşan biriydimi?
Yoxsa, çağdışı dinçi bir devlətin buyruq qulu əsgəriydi?
İran adlı dövlətin düzəni din quralları üzərində quruludur. Orada din sıraqulluğu (ierarşizmi) keçərlidir. Onun da başında Seyidəli Xameneyi adlı birisi durmuşdur. Bu ayətullah bir dönəm Rəfsəncaniylə rəqabətdə buraya varmaq üçün dönəmin çoxlu tanınmış din mollalarını öldürdülər. Özü də Rəfsəncaninin gücləri əlindən bir qol verməklə qurtardı. Ölümdən döndükdən sonra Rəfsəncaniyə üstün gəldi. Rəfsəncani dalıya oturdu...
Belə bir anlayşla ölkə Xameniyinin egemənliyi altına geçdi. Sonrası bəlli.
Xomeyni dönəmindən qalma islam yaylımcılığı olduğu kimi sürdürüldü. Bu dönəmlərdə Qasım Süleymani İran adlı ölkənin dış güvənlik güclərində yer alıb, yavaş-yavaş yüksək görəvlərə üstləndi. Süleymani İran adlı ölkənin dış güvənlik işlərində etgili qonuma gəldikdən sonra, ölkənin batı ölkələrində güvənlik (daha doğrusu molla rejiminin teroristlərinə) güclərinə gərəksim duymadığı üçün, onları başda Quzey Azərbaycan olmaq üzrə dağılan keçmiş SSRİ yürdlarına göndərdi. Bilindiyi kimi “Quds əsgəri birliyi” daha çox İran adlı ölkəni yönədən molla rejiminin diş ölkələrdə görəv yapan birliyidir. Bu açıdan Qarabağ savaşında ermənilərlə birgə bu qoşun gücü Azərbaycana qarşı savaşırdı. Tehran rejiminin belə bir siyasətində Azərbaycan adında bır qarış dövlət İran adlı ölkənin dağılması anlamına gəlirdi. 1993-cü ildə Bakının 8-ci mikrorayon yaşayış bölgəsində Azərbaycan dövlət güvənlik gücləri bunların İrəvənla telsiz mərkəzini tapdı. Bu yöndə çalışan Tehran ajanlarının hamısı tutduqlandılar. Bu olay Qarabağ uğrunda savaşın ən qızğın dönəmində baş vermişdi.
Demək istədiyim Qasım Süleymani Qarabağ savaşında ermənilərlə birgə savaşan əsgəri gücə başçılıq etmişdir. Qarabağ savaşı yalnız Azərbaycan- erməni savaşı deyildi. Bu savaşın bir yanında yalnız qalmış Azərbaycan, bır yanında da Rusiya, Ermənistan, eləcə də Tehran rejimi var idi. Bu açıdan bir Azərbaycanlı nədən Qasım Süleymaniyə sayqı göstərməlidir?
İraqda illərdir iç savaş var. Orada yaşayan neçə milyon Türkmən vardır. Türkümənlər şiə, həm də sünnüdülər. Savaşdan öncə Türkümənlər bu ayrıcalığı bilməzdilər. Savaşdan sonra İran molla rejimi onların arasında da iç savaş salıb, bir- birinə qırdırmaq istədi. Sürəkli şiə Türkmənlərdən Türkiyəyə qarşı qışıqırdıcılıq etmək istədi. Ancaq Türkmən aydınları duyarlı olduqları üçün onlara aldanmadılar.
İran adlı ölkəni yönəldən mollalar PKK- nı sürəkli olaraq Tütkiyəyə qarşı qolladı. Dərsliklərində yalnız Türk tarixi deyildir, Atatürkə eləcə də onun Cumhuriyətinə qarşı yazılar oxuduldu. Elə bu gün də oxudulur. Şah dönəmində ermənilərin uydurduğu soyqırım törənləri yasaqdı. Mollalar gələndən sonra onun daha geniş anlamda törən olaraq qullanılması üçün gərəkən bütün addımlar atılır. Quzey Azərbaycanda iç savaş salmaq üçün Əlikram Hümbətova, Surət Hüseynova gərəkən köməyi Tehran rejimi dəstək verirdi. Bunların başında isə, Qasım Süleymanı dururdu.
Bu gün Güney ulusal insanlarına dış ölkələrdə basqıları “süleymanilər” tipli molla rejiminə bağlı gücləri edirlər. Din yaylımcılığı adıyla farsçılığı yaymağa çalışan bir dövlətin üst düzey əsgərinə bir Türk niyə sayqı göstərməlidir?
Süleymani imralizmə qarşı deyil, iki impralizmlərin əsgəriydi. Bu gün bir çox ölkələrdə əsgəri gücü olan Tehran rejimi sıradan bir dövlət deyil, imprialist bir dövlətdir.
İran adlı ölkənin Amerika ilə gündəmə gələn savaşı iki impralist anlayışın savaşıdır. Buna görə də onların ikisinin ölən əsgərlərinə insan ölür deyə üzüldüyüm kimi, insan öldürənlər ölürlər deyə sevinirəm.

Ərsan Ərel
Helsinki/ Finlandiya
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed