Şrift:
Tehran etiraf etdi: “Süleymani Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə dəstək göstərdi”
08.01.2020 [20:29] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin dövlət televiziya kanalı olan “Xəbər Şəbəkəsi”ndə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlik edilib və ekspertlərdən biri general Qasım Süleymaninin ermənipərəst mövqeyini etiraf edib. Canlı yayılan verilişdə ekspert “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanının niyə Ermənistana dəstək göstərdiyini izah edərkən ölkəsinin anti-Azərbaycan mövqeyini də açıqlamış olub.
“Ermənistan məsələsinə diqqət yetirin. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında quru sahəsində ayrılma var. Onların (ermənilərin) Qarabağ bölgəsini Azərbaycan Respublikasına birləşdirməklə, Naxçıvanla Azərbaycanı birləşdirmək planları var idi. İlkin baxışda bunun Tehran rejiminin xeyrinə olduğu görünə bilər. Ancaq bunun arxasında məkrli plan var idi. Bundan sonra regionda pantürkist millət formalaşdıraraq, prosesləri digər məcrada davam etdirəcəkdilər. Lakin Qasım Süleymani bunun qarşısını aldı”,- deyə ekspert vurğulayıb.
Həmin ekspertin Qarabağı Ermənistanın adına çıxması da xüsusən diqqət çəkib.
Digər tərəfdən, İranşünas erməni alimi Vardan Voskanyan da həmin ekspertin Qasım Süleymaninin Qarabağın işğalında ölkəsinə etdiyi köməkləri təsdiqləyib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed