Şrift:
Qəzvində toplum ayağa qalxdı
08.01.2020 [20:34] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Qəzvin şəhərinin əhalisi satışa buraxılan çörəyin keyfiyyətindən şikayətlənməklə yanaşı, kütləvi şəkildə etirazlarını bildirmək üçün ayağa qalxıblar.
“Son illərdə çörəyin qiyməti artmayıb. Lakin bu məsələ çörəyin keyfiyyətinə mənfi təsir göstərib. Hesab edirəm ki, məsullar unun hədər getməsi və əhalinin narazı qalması məsələsinə xüsusi diqqət yetirməlidir.”- deyə Əli Rəhimi bildirib.
Həsən Abbasnəjad adlı daha bir qəzvinli soydaşımız çörəyin keyfiyyətindən şikayətlənib. O bildirib ki, çörək təmiz və sağlam şəraitdə hazırlanmalıdır. Lakin çörəkxanalarda gigiyena qaydalarına əməl olunmur: “Çörək əhalinin ən çox istifadə etdiyi ərzaq növüdür. Lazım gələrsə, çörəyin keyfiyyətinin yaxşılaşması üçün qiymətləri artırmaq olar.”- deyə o bildirib.
Qəzvin valisinin iqtisadi məsələlər üzrə müavini İsa Qubadi bu məsələyə öz münasibətini bildirib.
“Biz bir tərəfdən qiyməti artırmaq istəmirik. Ona görə ki, əhali iqtisadi baxımdan ağır vəziyyətdədir. Bir tərəfdən də çörəyin keyfiyyəti yaxşılaşmalıdır. Biz məsələnin hər tərəfini düşünüb qərar verməliyik. Hesab edirəm ki, qiyməti artırmadan çörəyin keyfiyyətinin yaxşılaşmasını gözləmək düzgün deyil.”- deyə vali müavini vurğulayıb.
Qeyd edək ki, çörəyin keyfiyyətində un amili ilə yanaşı, onun necə bişirilməsi, istifadə olunan maya, avadanlıq və digər amillər də rol oynayır. Şebhəsiz ki, çörəkxanalara dövlət tərəfindən nəzarət olunmasa, bütün hallarda çörəyin keyfiyyətinin yaxşılaşması mümkün olmayacaq.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed