Şrift:
Siyasi tutuqlu milli fəallar məhbəsdə bir-birlərinə şeir həsr etdilər
08.01.2020 [21:20] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təqiblər, tutuqlamalar və ən ağır cəzaları verməkdən doymayan İran adlı ölkənin zindanlarında soydaşlarımız hələ də qanunsuz olaraq saxlanılmaqda davam edirlər. Güney Azərbaycanın Ərdəbil şəhər zindanında həbsdə olan milli fəallardan yazıçı və şair Rəhim Qulami öz məsləkdaşı siyasi məhbus Yusif Kariyə şeir həsr edib. Şeirdə milli fəal və siyasi məhbus adına mübarizə təkid olunub. Milli fəal vurğulanıb ki, bizim mübarizəmiz yeni mərhələyə qədəm qoyub və artıq zindanın içi və ya çölü bizim üçün eyndir. Yetər ki, bir-birinə bağlanan ürəklər inandıqları yolda mübarizəni davam etdirsinlər. Milli fəal şeirində tanınmış milli fəal Abbas Lisaninin sarsılmaz mübarizəsi və onun ilham mənbəyi olduğuna da toxunub.
Qeyd edək ki, Yusif Kari keçən yayın son ayında molla rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıbdır. Rejim qondarma ittihamlarla milli fəalı 6 il həbs cəzasına məhkum edib. Fəal vəsiqə qarşılığında zaminə buraxılma hüququndan məhrum edilib və hazırda Ərdəbil Mərkəzi Zindanının müvəqqəti təcridxanasında saxlanılır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed