Şrift:
Tehran rejimi Ərdəbili narkomaniya yuvasına çevirib
08.01.2020 [21:26] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil Əyaləti Təhsil İdarəsinin mədəniyyət və tərbiyə işləri üzrə müadir müavini əyalətdə narkotik maddələrdən istifadəyə görə yaşın aşağı düşdüyünü, narkomanların sayının artdığını bildirib. Qulamhüseyn Xəlili Musəvi bu barədə əyalət üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə keçirilən iclasda danışıb.
“Narkotik maddələrdən aludəçiləri artıq ənənəvi karkotik vasitələri deyil, sənaye üsulu ilə hazırlanan vasitələrə üz tutur. Bu çox təhlükəli vəziyyətdir. Araşdırmalar göstərir ki, narkotik maddə alverçiləri sənaye üsulu ilə hazırlanan vasitələri satmağa üstünlük verir.”- deyə o bildirib.
Qulamhüseyn Xəlili Musəvi vurğulayıb ki, ailələr övladlarına və onların kimlə dostluq etməsinə xüsusi diqqət yetirməlidir. Bundan əvvəl narkotiklərlə mübarizə üzrə Ərdəbil Əyaləti Polisinin rəisi Məhəmməd Xeyrxah Bəşər də oxşar açıqlama ilə çıxış etmişdir.
“Ərdəbil Əyalətində kiçik oğurluqların 70 faizi narkomanlar tərəfindən həyata keçirilir. Narkomanlar asılı olduqları narkotik vasitələrini əldə etmək üçün bir çox yollara əl atır. Bütün bunlar sözün əsl mənasında təəəssüf doğurur.”—deyə o bildirmişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed