Şrift:
“Urmu 90” takımı ən iddialı takımlar sırasında yer aldı
08.01.2020 [21:31] - Güney Azərbaycan xəbərləri
İran çempionatının I dəstəsinin yarışlarında super liqa yarışlarına vəsiqə qazanmaq üçün yarışan “Urmu 90” futbol takımı artıq iddiaçı komandalar sırasında yer alıb.
Yanvarın 7-də Güney Azərbaycanın Urmu şəhərində “Təxti” stadionunda “Urmu 90” Təbrizin “Elm və ədəb” takımını qəbul edib. Azərbaycan derbisi 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.
“Urmu 90” komandasına qələbə qazandıran qol 65-ci dəqiqədə Ümid Rzayi tərəfindən vurulub. Beləliklə “Urmu 90” xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və ölkə super liqasına vəsiqə qazanmaq uğrunda yarışan ən iddialı komandalar sırasına daxil olub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed