Şrift:
Milli fəal Əlirza Fərşi irtica rejimi tərəfindən tutuqlandı
09.01.2020 [20:22] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan yanvar ayının 8-də günortadan sonra mülki geyimli şəxslər tərəfindən öz iş yerində tutuqlanaraq bəlli olmayan istiqamətə aparılıbdır. Onun hansı səbəbdən saxlandığı barədə yaxınlarına heç bir məlumat verilməyib.
Əlirza Fərşi 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətinə sürgünə məhkum edilib. Beynəlxalq Əfv Təşkilatı ötən aylarda bəyanat yayaraq milli fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir. Əlirza Fərşi və onunla birlikdə yaxalanan digər 3 milli fəalın apellyasiya şikayətinə 2019-cu il dekabrın 23-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində baxılıb.
Qeyd edək ki, irticaçı mollakratiya rejiminin xüsusi cəza dəstələri tərəfindən Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı zorakılık tədbirlərini daha da artırıbdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed