Şrift:
Tutuqlu fəallar Şahin Bərzgər və Ruzbeh Piri üçün imza kampaniyasına başlanıldı
09.01.2020 [20:32] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin universitetlərində təhsil alan bir qrup türk kökənli öyrəncisi Güney Azərbaycan Milli Hərəkatının fəalları olan öyənci gənclər Şahin Bərzgər və Ruzbeh Pirinin azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyasını təşkil ediblər. Öyrəncilər kampaniya keçirməklə yanaşı İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayaraq adı çəkilən fəalların qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər. Məktubda qeyd olunub ki, benzinin qiymətinin bahalaşmasından sonra keçirilən etirazlar zamanı öyrəncilər Şahin Bərzgər və Ruzbeh Piri Təbrizdə qanunsuz olaraq tutuqlanıblar.
“İttihamların yazılı şəkildə elan olunmaması, saxlandıqdan sonra bir ay müddətinə Şahin Bərzgərdən heç bir xəbərin olmaması, təhlükəsizlik qüvvələrinin hər iki öyrənci ilə kobud davranması, ailələrinə təzyiq edilməsi, vəkil tutmaq hüququndan məhrum edilmələri, saxlanma və dindirilmə prosesinin qeyri-şəffaf olması və s. fəallarla bağlı qanun pozuntusuna yol verildiyini göstərməkdədir.”- deyə məktubda vurğulanıb.
Öyrəncilər Məhkəmə Sisteminin rəisindən adı çəkilən öyrəncilərin işinə baxılması və onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed