Şrift:
Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr
10.01.2020 [14:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

3-cü hissə


11.İşğal olunmuş ərazilərimizin adları xəritədə qüsurludur! (18.03.2016)

Mən keçən dəfə də konvensiyalara razılıq veriləndə etiraz bildirmişdim. Bura-ratifikasiya edəcəyimiz sənədə yenə bir xəritə əlavə olunub. Mən bu xəritəyə iradımı bildirmək istəyirəm. Burada işğal olunmuş Azərbaycan əraziləri göstərilib və adlar yazılıbdır: Martuni, Mardakert, Hadrut. Biz bu adları dəyişmişik axı. Mən keçən dəfə dedim ki, standart xəritələrdən istifadə edirlər. Mənə irad bildirdiniz ki, standart xəritələr yoxdur. Görünür standart xəritələrdir, bunu dəyişmək lazımdır. Axı, biz bunu konvensiyaya əlavə eləmişik və harasa göndərəcəyik. Biz bu adları dəyişmişik, onlar olduğu kimi yazılmalıdır.
Xarici İşlər Nazirliyinə bildirmək lazımdır ki, standart xəritəni kənara qoysunlar, normal bir xəritə hazırlasınlar. Üstəlik, bəyanatda işğal olunmuş ərazilərimizi göstərəndə Kərkini və Qazaxın işğal olunmuş ərazilərinin adlarını da bura salmaq lazımdır. Bu çox ciddi sənəddir, müxtəlif yerlərə gedir

12.Ermənistanın Ombudsman tərəfindən ifşa olunması təklifi: (05.04.2016)

Ermənistanın 1989-cu il dekabrın 1-də parlament tərəfindən qəbul elətdirdiyi Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda qərarları vardır və əslində Ermənistanın özünün yaxasını kənara çəkməsi bunnan ifşa olunan bir məsələdir. Hərçənd ki, Ermənistan rəsmiləri deyirdilər ki, Dağlıq Qarabağda və ətrafında baş verən döyüşlərdə Ermənistanın iştirakı və əli yoxdur. Lakin, son döyüşlərdə də göstərildi ki, ermənilərin öldürülmüş əsgərləri Yerevana aparılır və onların Ermənistan ordusunun əsgərləri olduğunu bu dövlətin Müdafiə Nazirliyi etiraf edirdi. Amma hər halda 1989-cu ildə olan qərarın qüvvədən salınmasını tələb edən bir sənədin Ombudsman tərəfindən beynəlxalq təşkilatlara göndərilməsi məncə bu məsələlərdə çox əhəmiyyətli olar. Çünki bu ən azında Ermənistan tərəfin davranışı üçün elə bir vəziyyət yaradacaq ki, ya o sənədi gərək qüvvədən sala, əks halda isə salmamaqla beynəlxalq qınağın qarşısında qalacaq. Bu sənəd həm də orda hazırda yaşayan erməni əsilli azərbaycanlıların və oradan zorla qovulmuş çoxsaylı Azərbaycan türklərinin iradəsinə uyğun olmayan bir sənəd olub. Hesab edirə ki, bu Ermənistanın da ifşa olunması üçün əhəmiyyətli olar.

13.Dövləti, ordunu və milləti aşağılamağa görə məsuliyyət və cəza qanunu təklifi: (15.04.2016)

Milli maraqlardan üst yoxdur. Təklif edirəm ki, Milli maraqlara zərbə vuran, Milləti, Dövləti, onun qurumlarını-ordunu həqarət edən aşağılayan hərəkətlərə görə qanunvericilikdə dəyişiklik edilərək və ya yeni qanun qəbul edilərək məsuliyyət, ən sərt cəzalar nəzərdə tutulsun. Türkiyədə Türk Cəza qanununun 301-ci maddəsində Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, Dövlətin qurum və orqanlarını aşağılamağa görə məsuliyyət və cəza nəzərdə tutulur. Biz də eyni mahiyyətdə qanun qəbul edə bilərik.

14.Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin: (15.04.2016)

Həmişə təklif etdiyim bir məsələni yenidən diqqqətinizə çatdırmaq istəyirəm. Çox yaxşı olar ki, Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin. Bu iclasda Müdafiə nazirliyi və xarici işlər nazirliyi iştirak etsin bütün məsələlər-xüsusilə danışıqlardakı vəziyyət və təkliflərin çərçivəsi haqda məlumat versin. İclas qapalı keçirilə də bilər və cəmiyyəti narahat edən məqamlar ictimaiyyətə çatdırılardı. Bu çox vacibdir.

15.BMT və bütün beynəlxalq təsisatlara Milli Məclis bu konteksdə müraciət etməli: (29.04.2016)

Mən təklif edirəm ki, bütün bizim həm parlamentlərarası dostluq qrupları, həm parlamentin özü, BMT də, bütün beynəlxalq təsisatlar da bu son məsələ ilə bağlı münasibət bildirməlidir ki, ermənilərin qoyduqları bu məsələlərə BMT-nin 4 qətnaməsində açıq-aydın münasibət vardır. Çünki, insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqedilməsi ilə bağlı BMT-nin dörd qətnaməsində açıq şəkildə göstərilib. Bununla bağlı Ermənistana ünvanlı bəyanat var. Bəyanatda Ermənistanın ünvanına göstərilib ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərini tərk eləməlidir. Azərbaycan da bunu təklif edir. Üçüncü şərtləri isə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı aqressiyanın artmayacağına zəmanət istəməsidi. Qarabağın istər aran, istəyir də dağlıq ərazisində yaşayan erməni əsilli azərbaycanlılardan bir neçə dəfə çox azərbaycanlılar Azərbaycanın digər ərazilərinə qovulmuşdur və Azərbaycan hökuməti onları bağrına basıb saxlayır. Dəfələrlə də bəyan edibdir ki, Ermənistan işğalçı qüvvəsi ordan çıxandan və Azərbaycan Konstitusiyasının qüvvəsi orda bərpa olunandan sonra Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların bütün hüquqlarını da təmin eləməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed