Şrift:
Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr
11.01.2020 [17:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

4-cü hissə


16.Neft Fondu rus rublu halında valyuta ehtiyatı saxlamasın: (31.05.2016)

Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Son illər rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib.Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxarıb. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməlidir.

17.İdxalı azaltmalı, ixracı artırmalı: (31.05.2016)

2015-ci ildə ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 2.20 mlyrd manat olub. Bu 2014-cü ildən 10,4 mlrd azdır. Mən 2014-cü ildə də bunu qeyri-neft sektoru hesabına etməyin zəruri olduğunu bildirmişdim, bu gün bir daha təkrar edirəm.
Ticarət əməliyyatlarının həcmi 33,4 % azalıb, ixrac 47,6% azalıb, idxal həcmi isə 0,36%artmışdır. Amma biz idxalı azaltmalı, ixracı artırmalı idik.
İdxalın strukturunda ərzaq məhsullarının payı 11%-dir. Ən pisi budur ki, bunlar ölkədə istehsal oluna bilən məhsullardır.

18.Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmalı: (31.05.2016)

Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, həm idxaldan asılılıq minimum endirilər, həm də daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.İnanmaq istəyirəm ki,qarşıdakı müddətdə bütün iradlar aradan qaldırılacaq.

19.İrana xəbərdarlıq edilməli: (14.06.2016)

Azərbaycan tərəfi həmişə İrana xoş mövqe nümayiş etdirib. Ancaq indi İranın Nalbandyanı dəvət etməsi, viza rejiminin aradan qaldırılması, Ruhaninin Ermənistana gözlənilən səfəri, təbii ki, haqlı narazılıq doğurur və mən hesab edirəm ki, belə narazılıqları bildirməliyik.

20.İran islam prizmasından Qüdsin və Qarabağın işğalına eyni yanaşmır: (14.06.2016)

Tutaq ki, İran ümumi islam prizmasından yanaşaraq Qüdsin işğalına görə İsraili düşmən, amma Qarabağı işğal edən Ermənistanı isə dost elan edib. Bu, ikili yanaşmadır. Tam seleksiyalı bir yanaşmadır. Bu necə ola bilər? Bu məsələlərdə İrana haqq qazandırmaq, təbii ki, qətiyyən mümkün deyil. Amma mən hesab edirəm ki, Tehranla iqtisadi əlaqələri davam etdirməliyik.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed