Şrift:
Marneuli meri, Algeti Vinsavxoz kənd sakinlərinə verdiyi vədi yerinə yetirib
13.01.2020 [12:04] - Borçalı
Marneuli rayon Algeti Vinsavxoz kənd sakinləri içməli su sarıdan əziyyət çəkdikləri üçün, 8 yanvar tarixində rayon meriyası qarşısında etiraz aksiyası keçirmişdilər.
Marneuli meri Zaur Darğallı mövcud problemin həlli üçün işlərin aparıldığını bildirmişdir. Rayon meri həmçinin qeyd etmişdir ki, yaxın vaxt ərzində Algeti Vinsavxoz kəndinə gedərək sakinlərin mövcud problemlərinin həlli istiqamətində görüləcək işləri təqdim edəcək. Rayon meri verdiyi vədi yerinə yetirərək Algeti Vinsavxoz kəndinə baş çəkib və yerli sakinlərlə görüşüb. Mer problemi aradan qaldırmaq üçün, bu il həyata keçiriləcək genişmiqyaslı layihəni sakinlərə təqdim edib. Vətəndaşlarla görüş zamanı qeyd olunub ki, üç böyük inzibati ərazi vahidlərinin: Algeti, Kürtlər və Kəpənəkçi kəntlərinin yeni içməli su şəbəkəsinin qurulması məqsədilə Munisipalitetdə, 2020-ci il üçün genişmiqyaslı işlər planlaşdırılıb. 3 150 685 lari dəyərində olan bu genişmiqyaslı layihə, Mərkəzi və Yerli büdcə tərəfindən maliyyələşdiriləcək. Əhali ilə görüş zamanı mer, sözü gedən layihədən əlavə, sakinlərin digər ehtiyacları ilə də maraqlanaraq, onların həlli yollarını müzakirə edib.
Qeyd edək ki, mövcud su problemi ilə bağlı artıq Marneuli meriyası 8 yanvardan etibarən tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 yanvardan 29 yanvaradək öz təkliflərini irəli sürə bilərlər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed