Şrift:
8 kəndin içməli su ilə təmin olunması üçün 3 150 685 larilik tender elan edilib
13.01.2020 [12:10] - Borçalı
Marneuli bələdiyyəsi 8 kəndə içməli su verilməsi üçün tender elan edib. Algeti, Təzəkənd, Əzizkənd, Hacıkənd, Kürtlər, Ambarovka, Algeti Şərab Zavodu Təsərrüfatı və Keşəli kəndi meriyanın içməli su verməyi planlaşdırdığı kəndlərin siyahısındadır. Yerli özünüidarəetmə kəndlərin su ilə təmin edilməsi üçün 3 150 685 larilik tender elan edib. Tenderə görə, qalib gələn şirkət işləri müqavilə bağlandıqdan 135 gün ərzində başa vurmalıdır. Marneuli meriyası tenderi 8 yanvarda elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 yanvardan 29 yanvara qədər olan dövrdə öz təkliflərini irəli sürə bilərlər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed