Şrift:
Azərbaycan Parlamentinin deputatları Avropada enerji təhlükəsizliyini müzakirə edəcəklər
17.09.2012 [10:58] - Xəbərlər, Siyasət
Azərbaycan Parlamentinin deputatları Avronest PA-nın Enerji Təhlükəsizliyi üzrə Ekspertlərin Seminarında iştirak etmək üçün sentyabrın 17-19-da Brüsseldə səfərdə olacaqlar.
"Enerji Təhlükəsizliyi sahəsində AB- Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığı - uğurlu tədbirlər, maneələr və perspektivlər" adlı seminarda Avropa və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üçün prinsiplər üzrə fikir mübadiləsi aparılacaq. Əsas müzakirə ediləcək mövzular Şərq tərəfdaşlığı çərçivəsində enerji sahəsində əməkdaşlığın icmalı, güclü və zəif tərəfləri, enerji sahəsində əməkdaşlığı dəstəkləmək məqsədilə AB Qonşuluq siyasəti daxil olmaqla AB-nin proqram və metodlarının potensial və perspektivləri, yaxşı nümunələr və maneələr olacaq.
Seminarda Milli Məclisin Sədrinin müavini Valeh Ələsgərov, millət vəkili Fuad Muradov və Rasim Musabəyov iştirak edəcək.
Seminarda həmçinin Avropa Parlamentinin, Şərq Tərəfdaşlığı ölkələrinin Milli Parlamentlərinin və enerji sahəsində beynəlxalq əməkdaşlığa müraciət edən Avronest Parlament Assambleyasının hesabatların təqdimatı gözlənilir.
Millət vəkili Fuad Muradov seminar zamanı "Avropa Birliyi - Şərqi Avropa Partnyorlarının enerji sahəsində əməkdaşlığının cari mənzərəsi və gələcək inkişaf üçün potensial" və "Irəliyə yol: Şərq Tərəfdaşlığı çərçivəsində enerji əməkdaşlığı perspektivləri" panellərinə həmsədrlik edəcək.
Qeyd edək ki, Avronest PA-nın bu seminarı Azərbaycan nümayəndə heyəti tərəfindən təklif olunub və qəbul olunmuşdur. Bundan başqa bu seminar Avronest PA-nın ilk toplantısıdır
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed