Şrift:
Alban Klod: Fransadakı azərbaycanlı tədqiqatçıların assosiasiyada birləşməsi zəruridir
13.01.2020 [14:27] - Diaspor
Azərbaycan elmi diasporunun yaradılması təşəbbüsünü alqışlayıram. Fransada fəaliyyət göstərən azərbaycanlı elmi tədqiqatçıların assosiasiyada birləşməsi zəruridir. Fransadakı Azərbaycan diasporu böyük olmasa da, onun çox yüksəksəviyyəli doktorantları, tədqiqatçıları var. Onlar Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Bu fikirləri Azərbaycan elmi diasporunun təsis yığıncağında iştirak edən Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsi, tarixçi Alban Klod bildirib. Bildirib ki, Azərbaycan elmi diasporunun yaradılması Fransa cəmiyyətinə də bir mesajdır. Azərbaycan diasporunun Fransanın elmi-tədqiqat sahəsinə, eləcə də cəmiyyətin inkişafına töhfə verdiyini göstərəcəyik. Bu, hər iki ölkə üçün çox vacibdir.
“Düşünürəm ki, Fransada yaşayan azərbaycanlı gənclər təhsillərini davam etdirərək məqsədlərinə nail olmalı və fəth etdikləri yüksək zirvələri yerli ictimaiyyətə göstərməlidirlər. Elmi diasporun səmərəli fəaliyyəti üçün assosiasiyanın yaradılması Fransada elmi-tədqiqat sahəsində fəaliyyət göstərən azərbaycanlıların tanıdılmasına kömək olacaq”, - deyə A. Klod qeyd edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed