Şrift:
Fransa, Almaniya və Britaniya liderləri İranı BHFP üzrə dialoqa çağırıblar
13.01.2020 [14:35] - Siyasət
Fransa, Almaniya və Böyük Britaniya liderləri Emmanuel Makron, Angela Merkel və Boris Conson Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) saxlanılmasına sadiq qalırlar və İranı Vyana razılaşmalarına zidd bütün tədbirləri ləğv etməyə çağırırlar.
Bu barədə Yelisey Sarayının yaydığı Fransa, Almaniya və Böyük Britaniya liderlərinin birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Biz Birgə Hərtərəfli Fəaliyyət Planına və onun saxlanılmasına sadiq qalırıq; biz İranı razılaşmaya zidd bütün tədbirləri ləğv etməyə çağırırıq".
Qeyd edilir ki, liderlər bölgədəki sabitliyi qorumaq üçünTehranla dialoqa başlamağa hazırdırlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed