Şrift:
Güney Azərbaycan şəhərlərində Qasim Süleymaninin portretini cırdılar
13.01.2020 [22:22] - Güney Azərbaycan xəbərləri
Yanvarın 11-də İran adlı ölkənin mollakratiya rejiminə etiraz əlaməti olaraq Tehran, Şiraz, Urmu, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə keçirilən aksiyaları bazar günü də davam etdirilib. Özəliklə molla rejimi rəsmilərinin Ukraynanın sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti dörd gün inkar etməsinə etiraz olaraq başlayan aksiyalar Güney Azərbaycanın Urmu, Xoy, Zəncan, Qəzvin və s. kimi şəhərlərində də müşahidə olunub. Güney Azərbaycanın başkəndi
Təbrizdə bazar günü axşam saatlarında keçirilən etirazlarda ötən günlərdə dünyada terrorbaşı kimi tanınan və Bağdadda zərərsizləşdirilən “Sepah” terror qruplaşmasının “Qüds” briqadasının komandanı Qasim Süleymaninin portreti etirazçılar tərəfindən cırılaraq ayaqlar altına atılıb.
Təbrizdə Güney Azərbaycanlı öyrənciləri gur səslə dini lider ayətullah Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. Onlar “Öyrənci ölər, zilləti qəbul etməz” və “Zalimə ölüm olsun – Şah olsun və ya rəhbər!” kimi şüarlar səsləndiriblər. Qəzvin şəhərində axşam saatlarında keçirilən aksiyaya çox sayda soydaşımız qatılıb. Onlar “Yalandan deyirlər düşməniz Amerikadır – Bizim düşmənimiz elə buradadır” kimi şüarlar səsləndiriblər.
Zəncan şəhərində keçirilən etiraz aksiyasında da rejimə qarşı şüarlar dilə gətirilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed