Şrift:
Rejim milli fəal Əli Lisaninin iş yerini bir dəfəlik bağladı
13.01.2020 [23:02] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil şəhərində rejimin ən qəddar qurumlarından biri kimi tanınan “İctimai Məkanlara Nəzarət İdarəsi” Güney Azərbaycan Milli Hərəkatının tanınmış milli fəalkaından biri olan Abbas Lisaninin oğlu Əli Lisaninin mağazasını bir dəfəlik bağlayıb. Bu bürokratik idarə rəsmiləri ona xaric ölkələrə köçməsini məsləhət görüb.
O da bəllidir ki, “İctimai Məkanlara Nəzarət İdarəsi” Əli Lisanini ilk öncə idarəyə çağıraraq onun artıq Ərdəbil bazarında ticarətlə məşğul ola bilməyəcəyini deyiblər. Tanınmış fəalın oğluna dinc şəkildə fəaliyyət göstərmək üçün İran adlı ölkəni tərk etməsi tövsiyyə olunub.
Əli Lisani iki il əvvəl qızıl məmulatları təmiri mağazası açıb. Onun bütün sənədləri qaydasında olsa da, mağazasına lisenziya ala bilmir. “Ərdəbil Zərgərlər Dərnəyi”nin başqanının sözlərinə görə bu, təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində mümkün olmur. “Zərgərlər Dərnəyi” son iki il müddtində təhlükəsizlik orqanlarının göstərişi ilə Əli Lisaninin mağazasını bir neçə dəfə möhürləyibdir. Dərnəyin nümayəndələri ötən günlərdə Əli Lisaninin müştərilərinə müraciət edərək onlardan sifarişlərini geri götürməyi, bir daha onunla iş əlaqəsi qurmamağı tələb ediblər.
Güney Azərbaycan Türklərinin demokratik və milli hüquqları uğrunda uzun illər həbs olunan və müxtəlif təzyiqlərə, işgəncələrə məruz qalan tanınmış Güney Azərbaycan Milli Hərəkatının ən nüfuzlu milli fəallarından biri sıyaln Abbas Lisani hal-hazırda Ərdəbil şəhərinin molla rejimi tərəfindən nəzarətində olan zindanında məhbus həyatı yaşayır. O ötən aylarda apellyasiya məhkəməsində Nasir Ətəbatinin sədrliyi ilə keçirilən iclasda 15 il həbs cəzasına məhkum edilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed