Şrift:
Polis İdarəsinə çağrlan milli fəal Mehdi Hamid Soltani orada təhdid edilib
13.01.2020 [23:10] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının Ərdəbildəki milli fəallarından biri olan şair Mehdi Hamid Soltani Polis İdarəsinin kəşfiyyat bölümündə dindirilərək orada sərt şəkildə təhdid edilib. Yanvarın 11-də milli fəal mağazasının “lisenziya problemi” bəhanəsi ilə rejimin yeni təhdid qurumu kimi tanınan “İctimai Məkanlara Nəzarət İdarəsi”nə çağırılıb. O idarəyə müraciət etdikdən sonra orada qapalı kabinetlərdən birinə aparılıb və orada Polis İdarəsinin kəşfiyyat əməkdaşları tərəfindən sorğu-suala tutulub. Mehdi Hamid Soltaniyə mədəni fəaliyyəti və yazdığı şüarlar barədə suallar verilib. İki saat sorğu-suala tutulan milli fəal və şair mədəni fəaliyyətləri ilə əlaqədar təhdid olunub.
Qeyd edək ki, son vaxtlar İran adlı ölkənin mollakratiya rejiminin Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqləri ciddi dərəcədə artıbdır. Şübhəsiz ki, belə bir durum ölkədəki mövcud iqtisadi və siyasi vəziyyətin ağır olduğunu və rejimin müxalif qüvvələrdən vahiməyə düşməsini göstərir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed