Şrift:
Məhkəməyə çağrılam milli fəal bəlli olmayan səbəblərdən yoxa çıxıb
13.01.2020 [23:17] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri kimi tanınan Mehrdad Şeyxi Ərdəbil mollakratiya rejiminin “İnqilab Məhkəməsi”nə dəvət alaraq oryaya getdikdən sonra yoxa çıxıb və hazırda milli fəalın harada saxlanılması barəsində heç bir məlumat yoxdur.
Yaxınları bildirirlər ki, Ərdəbil sakini olan fəal yanvarın 8-i saat 09:30-da hakim Mehdinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün “Ərdəbil İnqilab Məhkəməsi”nin 2-ci şöbəsinə gedib. Lakin məhkəmə başa çatdıqdan sonra o, evə qayıtmayıb.
Milli fəalın ailəsi onun səhhətindən narahatdırlar. Onlar əlaqədar qurumlara Mehrdad Şeyxinin harada və hansı şəraitdə saxlanması barədə müraciət etsələr də, heç bir məlumat əldə edə bilməyiblər. Milli fəalın fəaliyyətlərinə nəzər saldıqda, onun həbs edilməsi ehtimalı var. Mehrdad Şeyxi 20 noyabr 2019-cu ildə Ərdəbildə atasının evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. 11 gün rejimin ən qəddar və xüsusi cəza idarəsi kimi tanınan ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra 3 milyon tümənlik mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılmışdı. Müstəntiq Babək Nonehal tərəfindən milli fəala qarşı "siyasi sistem əleyhində təbliğat" ittihamı irəli sürülüb. Güney Azərbaycan Milli Hərəkatının fəallarının dediklərinə əsasən Babək Nonehal Ərdəbil əyalətinin məhkəmə orqanlarında milli fəallara qarşı heç bir sübut olmadan həbs hökmü çıxaran ETTELAAT-ın yeni əlaltılarındandır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed