Şrift:
Tehran rejimi işğalçı Ermənistana Azərbaycan ərazilərini öz əlində saxlaya bilməsi üçün yeni nəfəslik açır
13.01.2020 [23:27] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 40 ildir idarə edən, özünü bütün dünya müsəlmanlarının hamisi kimi təqdim etməkdən usanmayan mollakratiya rejimi Azərbaycan Respublikasının öz qanuni ərazilərini işğaldan azad etməsi üçün gördüyü bütün işlərin təsirini sıfıra endirmək taktikasını düz 29 ildir davam etdirməkdir. Bütün bunlarla yanaşı, son illər ərzində bu istiqamətdə Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açıb. Tehran rejiminin “Şəhər İnkişafı və Yol Naziri”nin müavini Xeyrulla Hadami ötən gün bildirib ki, Ermənistanın varlığı və dövlət kimi İran üçün çox vacibdir: “Ermənistanda tranzit əhəmiyyətli şose tikiləcək. Əgər Təbriz Ermənistanla birləşdirilsə, bu yol beynəlxalq tranzit dəhlizi olacaq”, – deyə o bildirib. Qeyd edək ki, İrəvanla Tehran arasında Təbriz-Ermənistan şosesinin tikintisi barədə razılıq keçən il əldə edilib. Bu yolla Azərbaycan Respublikasının işğalçı Ermənistanı təcrid etmə cəhdləri təsirsiz olacaq və Ermənistan yeni nəfəsliklə daha rahat inkişaf edib Azərbaycan ərazilərini işğalda saxlaya biləcək.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed