Şrift:
Bir ay öncə tutuqlanan Məlikan Bələdiyyə İdarəsinin işçisindən xəbər yoxdur
13.01.2020 [23:32] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Məlikan şəhərində bir ay öncə Bələdiyyə İdarəsinin sadə işçilərindən biri Ettelaat əməkdaşları tərəfindən yaxalanıb, onun barəsində bu günədək hər hansı məlumat yoxdur. Həmin şəxs Babək Ağazadədir. O, dekabrın 16-da saxlanılaraq naməlum istiqmaətə aparılıb. Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə heç bir xəbər yoxdur. Belə bir vəziyyət Ağazadə ailəsinin nigaranlığına səbəb olub.
Babək Ağazadənin yaxınlarının dediyinə görə, o böyrək xəstəliyindən əziyyət çəkir. Davamlı olaraq dava-dərman qəbul edən bələdiyyə işçisi bu müddətdə dərmansız qalıb. Məlumata görə, bələdiyyə işçisi yerli vaxtla saat 22 radələrində küçədə təmizlik işləri ilə məşğul olduğu zaman Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed