Şrift:
“Leyli və Məcnun” operasının 112-ci mövsümü
14.01.2020 [05:15] - Mədəniyyət
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib. Səhnəyə qoyuluşunun 112-ci ildönümü münasibətilə göstərilən opera dirijor İlahə Hüseynova tərəfindən idarə olunub. Səhnə əsərində gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı (Leyli), əməkdar artistlər Elnur Zeynalov (Məcnun), Təyyar Bayramov (İbn-Salam), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası) çıxış ediblər. İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, opera maraqla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed