Şrift:
Bakı Dövlət Sirkində “Buz krallığı” proqramı yekunlaşıb
14.01.2020 [05:20] - Mədəniyyət
Bakı Dövlət Sirkində möhtəşəm “Buz krallığı” adlı sirk proqramı yekunlaşıb.
Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb.
Ötən il dekabrın 27-dən təqdim edilən proqrama qeyri-adi lazer və işıq effektləri, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, akrobatlar, janqlyorlar, illüziya, motosiklet və şən klounlar daxil idi. Bütün bunlar tamaşaçılara buz üzərində təqdim olunub. Sirk proqramı tamaşaçılar tərəfindən maraqla izlənilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed