Şrift:
Azərbaycan sumoçuları Avropa kuboku turnirində 11 medal qazanıblar
14.01.2020 [05:29] - İdman
Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə Avropa kuboku turnirinə yekun vurulub. Qitə kubokunda Azərbaycanı 12 idmançı təmsil edib. Yarışda Alim Balaşlı (55 kq, kadetlər), Əli Həsənov (60 kq) və Cavid Mustafayev (77 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alim Balaşlı (55 kq yeniyetmələr), Azad Cəfərov (55 kq), Babək Abdullayev (60 kq), Səid Tahirov (60 kq), Məhərrəm Eyvazov (70 kq gənclər və kişilərdə) və Ağamalı Abdulov (100 kq) final mərhələsində məğlub olaraq gümüş medalla kifayətləniblər. Xəyyam Abdullayev (70kq) isə bürünc medal alaraq üçüncü olub.
Komandamız yarışda medal hesabına görə Ukrayna və Macarıstandan geri qalaraq üçüncü yeri tutub. Qeyd edək ki, idmançılarımız yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıblar. Turnirdə hakimimiz Rəsul Həsənov ədaləti qoruyub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed