Şrift:
DSX: Sərhəd döyüş məntəqələrimiz və hərbi nəq¬liyyat vasitələrimiz intensiv atəşə tutulub
14.01.2020 [05:52] - Hərb
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi¬zəsini həyata keçirən Döv¬lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun¬larının “Qazax” əla¬hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş-mən tərə¬finin təx¬ribatları davam edir. DSX-dən verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti¬qa¬mətdə hərəkətdə olan hərbi nəq-liyyat vasitələrimiz Ermənistan Res¬¬¬publikasının Silahlı Qüvvə¬lərinin bölmələri tərəfindən iri çaplı si¬lah¬¬lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda düşmən təxribatlarının qarşısı alınIB, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv¬vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed