Şrift:
Bakının Neftçilər prospekti tamamilə istifadəyə verildi
17.09.2012 [11:21] - Gündəm, Sosial
Sentyabrın 17-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində təmirdən sonra istifadəyə verilmiş küçə və prospektlərin siyahısını təqdim edib.
Mərkəzdən verilən məlumata görə, Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Dəniz limanının qarşısı) olan təmir işlərinin aparılması ilə əlaqədar tamamilə bağlanılan hissəsi istifadəyə verilib.
Bundan başqaŞ bir müddət öncə bağlanmış K.Səfərəliyeva, Rixard Zorge və A. Cəlilov küçələri açılıb, Ü.Hacıbəyov küçəsində və Z.Əliyeva prospektində bir istiqamətli hərəkət bərpa edilib.
2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
Bu xəbər oxucular tərəfindən 1183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed