Şrift:
Daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırılır
14.01.2020 [06:31] - Sosial
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Trend nazirliyə istinadən bildirir ki, onlar aşağıdakılardır:

1. İş yerinə dair e-arayış xidməti
2. Əlilliyə dair e-arayış xidməti
3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti
13. Məşğulluq altsistemindən e-arayış xidməti
14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir. 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed