Şrift:
Dövlət hesabına hüquqi yardım işinin təşkili ilə bağlı vəkillərlə silsilə görüşlər keçirilir
14.01.2020 [06:34] - Sosial
Bakıda fəaliyyət göstərən və dövlət hesabına hüquqi yardımı həyata keçirmək üçün müraciət etmiş vəkillər və büro rəhbərləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində görüşlər keçirilib. Vəkillər Kollegiyasından bildiriblər ki, çoxlu sayda vəkilin iştirakı ilə keçirilmiş görüşlərdə vəkillər Hüquqi Yardım və Tədris Mərkəzinin iş şəraiti, fəaliyyəti ilə yaxından tanış olublar. Həmçinin dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı bir çox məsələlərlə əlaqədar müzakirələr aparılıb. Görüşlərdə mərkəzin rəhbəri, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov Rəyasət Heyəti tərəfindən qəbul edilmiş “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” və “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi haqqında” qaydalara edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib. Bununla əlaqədar fikir mübadiləsi aparılıb, vəkillərin rəy və təklifləri dinlənilib.
Müvafiq görüşlər növbəti həftələrdə davam etdiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed