Şrift:
Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü keçiriləcək
14.01.2020 [06:39] - Sosial
Qida Təhlükəsizliyi Agentliyinin “Açıq qapı” layihəsi davam edir. Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü fevralın 20-də saat 11-dən 13-dək keçiriləcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin günün keçirilməsində məqsəd istehlak edilən qida məhsullarının İnstitutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə vətəndaşlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.
“Açıq qapı” günlərində iştirak etmək istəyənlər (012) 565 12 72, daxili (756), (070) 960 10 03 telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər. Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən əyani şəkildə cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed