Şrift:
Nüvə stansiyasında qəza: əhali təxliyə edilir
14.01.2020 [07:28] - Xəbərlər
Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən nüvə stansiyasında qəza baş verib.
“Pikerinq” stansiyasında qeydə alınan qəzadan sonra yaxınlıqda məskunlaşan sakinlərə dərhal bölgəni tərk etmələri barədə xəbərdarlıq edilib. Vətəndaşlara stansiyadan azı 10 kilometr uzaqlaşmaları tövsiyə olunub. Xəbərdalıqdan sonra yüzlərlə insan bölgəni tərk edib. Bəzi mənbələr stansiyada partlayış, bəziləri sızıntı olduğunu, digərləri isə hadisənin texniki nasazlıqdan baş verdiyini iddiasını irəli sürüb. Qəza ilə bağlı araşdırmalar aparan mütəxəssilər bölgədə zərərli maddələrin təhlükəli dərəcədə olmadığını vurğulayıb. Araşdırmanın yekun nəticəsi yaxın saatlarda açıqlanacaq. Rəsmi dairələr hadisənin səbəblərini araşdırır.

DAVAM.AZ
“Ottava Bürosu” (Kanada)
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed