Şrift:
Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib
14.01.2020 [08:31] - Xəbərlər
Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib.
Lahor Ali Məhkəməsi keçmiş prezident P. Müşərrəf barəsində çıxarılan ölüm hökmünü qeyri-konstitusional elan edərək ləğv edib.
Qeyd edək ki, ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə P. Müşərrəf barəsində edam hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb. Xatırladaq ki, Pakistanın 12-ci prezidenti olan general P. Müşərrəf 2001-2008-ci illərdə ölkəyə rəhbərlik edib. O, hazırda Dubayda yaşayır.

DAVAM.AZ
“Orta Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed