Şrift:
İordaniya Kralı İŞİD-in yenidən baş qaldırdığı barədə xəbərdarlıq edib
14.01.2020 [08:55] - Siyasət
İordaniya Kralı II Abdullah bildirib ki, Yaxın Şərqdə İŞİD terrorçuları yenidən baş qaldırıb və təşkilatlanmağa başlayıblar. Bu barədə “Al Arabiya” telekanalı xəbər verir ki, Kral terrorçuların təkcə Suriyanın şərqində deyil, həm də İraqın qərb bölgələrində fəallaşdıqlarını diqqətə çatdırıb.
Brüssel, Paris və Strasburqa səfəri çərçivəsində “France 24” telekanalına müsahibə verən II Abdullah onu da əlavə edib ki, əvvəllər Suriyada döyüşən terrorçular indi Liviyaya toplaşıblar. O qeyd edib: “Avropaya daha yaxın olan Liviyada baş verənlər çox mühümdür. Suriyanın İdlib şəhərindən minlərlə döyüşçü Liviyaya gedib. Bu, regionda yerləşən mənim ölkəm və Avropa üçün ciddi məsələdir”.
ABŞ və İran arasında gərginliyə toxunan II Abdullah bildirib ki, onun ölkəsi yaxın aylarda regionda gərginliyin azalmasının tərəfdarıdır. Onun sözlərinə görə, indi vəziyyətdə yumşalma hiss olunur və İordaniya bunun davam etməsini arzu edir. “Tehranda baş verənlər Bağdad, Amman, Beyrut, İsrail-Fələstin prosesinə də təsir göstərə bilər” –deyə Kral vurğulayıb. O xatırladıb ki, İordaniya Haşimilər Krallığı Suriyadan olan 1,3 milyon qaçqına sığınacaq verib.

DAVAM.AZ
“Orta Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed