Şrift:
Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr
14.01.2020 [15:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

7-ci hissə

31.Rusiya- Ermənistan hərbi birliyinə ciddi təpki verilməli: (29.11.2016)

Rusiya ATƏT-in Minsk qrupunda vasitəçidir həm də Ermənistan-Azərbaycan müharibəsi bitməyibdir. Belə bir şəraitdə təbii ki Rusiyanın Ermənistan əsgərinə ehtiyacı yoxdur. Yaranan hərbi birlik birmənalı şəkildə Rusiyanın Ermənistana verdiyi hərbi - siyasi dəstəkdir. Biz belə hərbi birləşmələrin tarixini görmüşük , 366-cı alayın ermənilərlə birlikdə Xocalı soyqırımını törətdiyini görmüşük, 20 Yanvar ərəfəsində Krosnadardan, Rostovdan gətirilmiş erməni könüllülləri ilə birlikdə Rus imperiya ordusunun Azərbaycanda törətdiyi qırğını görmüşük .Ona görə belə bir birləşmənin yaradıilması təbii ki, təhlükəlidir. Xüsusən nəzərə almalıyıq ki, bunun dislokasiyası Naxçıvanla Qarabağ arasındakı coğrafi bir yerdə Ermənistanın ərazisində yerləşdirilir. O mənada mən düşünürəm ki, bu məsələdə biz ciddi təpki verməliyik ,çünki, bu sıradan bir məsələ deyil. Hətta bizlə qonşuluqda- müharibə olmayan bir ölkədə yeni hərbi blok yaransaydı bizim mütləq bir münasibətimiz olmalıydı.

32.Müttəfiqlər siyasətimizə yenidən və daha dərindən baxmalıyıq: (29.11.2016)

Ermənistan təbii ki, tək başına Azərbaycanla bacarmadığını bilir və indiyə kimidə müttəfiqlər siyasətindən istifadə edib və indi də belə davranır. Ona görə biz də müttəfiqlər siyasətimizə əvvəlcə daha dərindən baxmalıyıq. Məncə, Azərbaycan NATO-ya birbaşa, birmənalı şəkildə müraciət eləməlidir və tam hüquqlu üzv olmağı hədəfləməlidir. Üstəlik Moskva və Qars müqavilələrindən doğan müddəalar vardır . Naxçıvanın üçüncü dövlətin protektoratına düşmə təhdidi artıq ortadadır. Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır, çünki açıq aydın burda Azərbaycana qarşı çox ciddi təhdid vardır.Yaradılan rus-erməni birləşmələri də göründüyü qədər birmənalı şəkildə, artıq Ermənistanın ixtiyarına verilir. Həmin o sərəncamda yazılır ki, bhərbi birlik dinc dövrdə Ermənistan baş qərargahına tabe olacaqdır və onun rəhbəri də Ermənistan tərəfindən təqdim olunacaq, Ruasiya da təsdiq edəcək . Dinc şərait olan indiki şəraiti nəzərə almalıyıq. İndiki durum Rusiya və Ermənistan üçün dinc şərait səslənə bilər ,amma Azərbaycan işğalçı Ermənistan tərəfindən işğala məruz qalan müharibə şəraitindədir, sadəcə olaraq müharibə aktiv fazada deyil. Deməli o ordu hissələrindən Ermənistanın istədiyi formada istifadə eləmək imkanları vardır, bunu mütləq nəzərə almalıyıq.

33.İsraf olunan vəsaitlə 9 min qəzalı vəziyyətdəki mənzildə yaşayan ailələr yeni mənzillə təmin oluna bilərdi: (06.12.2016)

2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarına və “Formula-1" yarışlarına 317 milyon 300 min manat, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrılıb.1-ci Avropa Olimpiya oyunları zamanı kifayət qədər idman obyekti tikilib,nədən yenidən bu qədər vəsait xərclənməlidir? Bu izah olunmalıdır.Mövcud idman obyektlərinin sahmana salınması ilə tələbat ödənilə bilər. Bu vəsait 9 min qəzalı vəziyyətdə olan mənzildə yaşayan ailənin təcili mənzillə təmin olunmasına sərf oluna bilər.

34.Bu, vergi ödəyiciləri və sürücülərdən min bir yolla pul yığın demək deyilmi? (06.12.2016)


Vergi yükünün azaldılması,inzibatçılığın yüngülləşdirilməsi ,vergi potensialının doğru qiymətləndirilməsi ,vergi yükünün istehsaldan tədricən istehlaka keçirilməsi yolu ilə tarazlığın təmin oluması vacibdir.Amma daxilolmalar bölümünə baxdıqda fərqli təəssürat yaranır.
Cərimə və sanksiyalara üzrə daxilolmalar-101 milyon manat müəyyənləşdirilib.
1milyon manat isə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar müəyyənləşdirilib.
Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar 89 milyon manat müəyyən olunub.Bunun 5 milyonu fiziki şəxslərin gəlir vergisi üzrə maliyə sanksiyalarından nəzərdə tutulub.Bunu hökumət necə izah edə bilər?Bəlkə 2017-ci il intizamli sürücülər və vergi ödəyiciləri ili olacaq?Bu cərimələr necə proqnozlaşdırılıb? Sonra da Vergi əməkdaşı və avtomobil müfəttişlərinə irad tutulacaq.Onlar bu başdan pis vəziyyətə qoyulub.Vergi ödəyiciləri və sürücülərdən min bir yolla pul yığın demək deyilmi bu?

35.Enerji daşıyıcılarına qiymət artımı etməməli: (06.12.2016)

İqtisadi siyasətdə əsas prioritetlərdən olan istehlakçı inamının artması və işsizlik səviyyəsinin azalması prinsipləri Qiymət artımları ilə ciddi zədə alacaq.
İnfilyasiya gözləmələri üzərində nəzarətin itirilməsi də qaçınılmazdır.
Büdcə gəlirlərini artırmaq üçün hələ ki, hökumət təbii inhisarların qiymətlərini artırmaqdan başqa alternativ düşünə bilmir. Tarif Şurası bu il işıq, su, kanalizasiya və binaların isidilməsi tariflərini qaldırıb. Işıq,qaz,istilik,kommunal sektorların mülkiyyət dövlətdə qalmaqla işlətməyə verməyi 7 ildir büdcə müzakirələrində təklif edirəm.Bu baş versə idi bu günkü qiymət artımı problemi,idarəetmədəki nasazlıq və bu sahələrə böyük vəsait ayrılmaları da olmazdı-əksinə bu sahələr vergi ödəyicisi kimi büdcəyə vəsait verəcəkdi.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed