Şrift:
Tehranda türk dilində kitab nəşr etmək yasaqlandı
14.01.2020 [18:44] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin başkəndi Tehranda türk dilində kitablar çap edən məşhur “Əndişe-yi No” Nəşr Evinin fəaliyyətinə bəlli olmayan səbəblərdən qadağa qoyulub. Məhkəmə qərarı ilə qapısı möhürlənən nəşr evini qanunsuz kitablar çap etmək və satmaqda günahlandırılıb. Nəşriyyat isə bütün kitabları İslami İrşad və Mədəniyyət Nazirliyinin verdiyi icazə əsasında çap etdiyini bildirir.
“Əndişe-yi No” Nəşr Evinin müdiri Yusif Fərzanə 40 ildir ki, bu işdə fəaliyyət göstərir və o nəşriyyata aid bütün qanunlarla tanışdır.
Onu da qeyd edək ki, Yusif Fərzanə maarifçilik fəaliyyəti ilə əlaqədar bir müddət Tehrandakı ən qorxulu cəzaevlərindən biri olan Evin zindanında həbsdə saxlanılıb. Onun rəhbəri olduğu nəşr evi ilə bağlı dindirilmə zamanı bildirilib ki, 800 cilddən çox türkcə kitab, eləcə də kompüterlərinin hard diskləri, sənəd və əlyazmaların götürülüb və müsadirə edilməsi barədə heç bir yerdə danışmasın. “Əndişe-yi No” Nəşr Evinin müdiri Evin zindanından zaminə buraxılsa da, ona qarşı tətbiq olunan psixoloji təzyiqlər səngiməyib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed