Şrift:
Farsların TV kanalında Güney Azərbaycan və qonşu türk ölkələrinə həqarət yağdırılır
14.01.2020 [19:44] - Güney Azərbaycan xəbərləri
İfrat dərəcədə paniranizm və panfarsizm xəstələyinə mübtəla olmuş, eyni zamanda xarici ölkələrin birində fəaliyyət göstərən “Iran International” telekanalı Güney Azərbaycan və qonşu türk ölkələrinin ərazi bütövlüyünü sual altına alan görüntülər yayınlayıblar. Adı çəkilən telekanal hətta radikal əhval-ruhiyyəli və terrorizmə dəstək verən kürdləri Güney Azərbaycanın əleyhinə qaldırmağa təhrik etməkdən çəkinmir. Bu hadisə sosial şəbəkələrdə soydaşlarımızın kəskin etirazına səbəb olub. Hətta bu telekanalda türk düşmənçiliyi ideyasını təbliğ edən “İran Kürdistan Demokrat Partiyası”nın rəhbərliyi də eninə-geninə təbliğ olunur. Xüsusilə həmin proqramlarda qondarma və xəyali “Böyük Kürdistan Bayrağı”nın təsvirlərinə önəm verilir. Həmin xəritələrə diqqətlə nəzər yetirdikdə bəlli olur ki, Güney və Quzey Azərbaycan, Türkiyə, İraq, Suriya və hətta Gürcüstanın bir hissəsi qondarma “Böyük Kürdüstan” ideyasını əhatə edir.
Faktiki olaraq, xaricdə fars dilində yayınlanan əksər TV və Radio kanallar panfarsizm ideyalarını təbliğ edirlər. Həmin kanallar bölgədəki türk millətinin varlığını inkar edən silsilə təbliğatlar aparmaqdan usanmırlar. Onların İran adlı ölkədəki molla rejiminə tərəfdar və ya müxalif olmalarına baxmayaraq, Azərbaycan və türk millətinə qarşı mövqeləri dəyişmir. “Iran International” telekanalı elə həmin kütləvi informasiya vasitələrindən biridir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed