Şrift:
Milli fəal Mehrdad Şeyxi ETTELAAT-ın təcridxanasında işgəncələr altında saxlanılır
14.01.2020 [20:00] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan və elə məhkəmə prosesində rejim tərəfindən oğurlanan Mehrdad Şeyxi ailəsi ilə qısa telefon əlaqəsi saxlamaq imkanı əldə edən kimi Ərdəbildəki ETTELAAT İdarəsinin təcridxanasında saxlandığını xəbər verib. Məhkəmədən oğurlanaraq yoxa çıxmış milli fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq rejimin ETTELAAT İdarəsinin təcridxanasına aparıldığını bildirib. O ailəsinə tapşırıb ki, şəxsi avtomobilini təhvil almaq üçün Ərdəbilin Zərnas şəhərciyində yerləşən məhkəmə orqanına müraciət etsinlər.
Mehrdad Şeyxinin ailəsi onun saxlanmasının səbəbini soruşub. Lakin məmurlar ona telefonda cavab verməyinə imkan verməyiblər və telefon əlaqəsini kəsiblər. Milli fəalın nə səbəbdən saxlandığı məlum deyil.
Qeyd edək ki, Ərdəbil sakini olan fəal yanvarın 8-də hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib. Lakin məhkəmə başa çatdıqdan sonra fəal rejimin məmurları tərəfindən oğurlanmışdır. Milli fəalın ailəsi əlaqədar qurumlara Mehrdad Şeyxinin harada olması ilə bağlı müraciətlərinə də cavab verilməmişdir. Milli fəal Mehrdad Şeyxi 2019-cu il noyabrın 20-də Ərdəbildə atasının evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanılıb və o, 11 gün rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed